Türkiyə milli komandasının futbolçusu Alper Potuk Azərbaycan çempionu “Qarabağ”a keçməkdən imtina edib.
Apasport.az qonşu ölkə mətbuatına istinadən məlumatına görə, “Fənərbaxça”nın 29 yaşlı yarımmüdafiəçisi son vaxtlar heyətinə düşməkdə çətinlik çəkdiyi İstanbul klubunda qalmağa üstünlük verib.
Ağdam klubu ilə yanaşı, Super Liqanın digər təmsilçiləri “Rizəspor”, “Ankaragücü”, “Kasımpaşa”nın da heyətinə qatmaq istədiyi A.Potuk bu təklifləri qəbul etməyib. O, 2013-cü ildən geyindiyi sarı-lacivərdli formanı dəyişmək istəməyib.
Qeyd edək ki, “Fənərbaxça”ya qədər “Əskişəhərspor”da (2009-13) oynamış yarımmüdafiəçi 2012-ci ildən fasilələrlə çağırıldığı Türkiyə yığmasında 17 oyuna 1 qol vurub.
Alper Potuk "Qarabağ"a gəlməkdən imtina edib
01 fevral 2020 13:58 (UTC +04:00)
Futbol
14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb
00:22
18 may 2024
Dünyanın ən böyük derbiləri: Siyahıda "Qalatasaray" - "Fənərbaxça" matçı da var
15:35
17 may 2024
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
14:52
17 may 2024
Fatih Terim "Panatinaikos"dan ayrıldığını açıqlayıb
11:08
17 may 2024