Hindistan XİN rəhbəri: "Əsas məqsədimiz Əfqanıstanda sabit gələcək qurmaqdır"

Hindistan XİN rəhbəri: "Əsas məqsədimiz Əfqanıstanda sabit gələcək qurmaqdır"
# 01 dekabr 2017 08:36 (UTC +04:00)

"Asiyanın Qəlbi prosesi Əfqanıstan və regionda problemləri müzakirə etmək üçün əla müstəvidir".

APA-nın xəbərinə görə, bunu Hindistanın xarici işlər üzrə dövlət naziri
Mobaşar Caved Akbar deyib. O bildirib ki, Əfqanıstandakı böhran sülh yolu ilə həll olunmalıdır: "Bizim əsas məqsədimiz Əfqanıstanda sabit gələcək qurmaqdır. Terrorla mübarizə üçün iqisadi imkanları artırmalıyıq. Sərhədlərdə maneələrin qaldırılması buna xidmət edəcək. Tranzit və nəqliyyat sazişləri regional əməkdaşlıq prosesinə qatılmağa kömək edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR