Syerra-Leonedə torpaq sürüşməsi nəticəsində azı 350 nəfər ölüb, 600 nəfər itkin düşüb

Syerra-Leonedə torpaq sürüşməsi nəticəsində azı 350 nəfər ölüb, 600 nəfər itkin düşüb
# 15 avqust 2017 17:46 (UTC +04:00)

Syerra-Leonedə baş verən torpaq sürüşməsi nəticəsində azı 350 nəfər ölüb, 600 nəfər itkin düşüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə beynəlxalq “Qırmızı Xaç” komitəsinin məlumatında bildirilir.

Ölənlər arasında azı 100 nəfərin uşaq olduğu bildirilir.

Təbii fəlakət nəticəsində azı 1000 evin sakinləri köməksiz vəziyyətdə qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR