“Azərbaycan Dəmir Yolları”nda son üç ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib

“Azərbaycan Dəmir Yolları”nda son üç ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib
# 09 fevral 2018 09:48 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-də son üç ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib.

"APA-Economics"in məlumatına görə, tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. "Həmişə olduğu kimi, bu dəfə də dəmiryolçular prezident seçkilərində aktivlik göstərəcək və ölkəmizin işıqlı gələcəyinə səs verəcəklər".

C.Qurbanov son üç il ərzində Azərbaycan prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın Bakı-Tbilisi-Qars, “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.

O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev son üç il ərzində bir neçə dəfə dəmir yolunda olub: "Belə ki, ölkə başçısı 3 iyun 2015-ci ildə Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub, 12 sentyabr 2015-ci ildə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib. 28 dekabr 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyev Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub. 10 fevral 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında və Bakı Dəmir Yolu Vağzalında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar və görülən işləri yüksək qiymətləndiriblər. Bilirsiniz ki, 30 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirildi. Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak etdilər. Azərbaycan prezidenti İlham Əliyev bu nəqliyyat dəhlizinin əhəmiyyətini dəfələrlə vurğulayıb. O, bildirib ki, biz tərəfdaşlarımız – Gürcüstan və Türkiyə ilə dəmir yolunun inşasının təşəbbüskarı olduq. Biz tərəfdaşlarımız – Gürcüstan və Türkiyə ilə dəmir yolunun inşasının təşəbbüskarı olduq. Bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Biz qarşılıqlı ticarət dövriyyəmizi bu dəmir yolu xətti olmasa belə artıra bilərdik. Ancaq bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirməyə lazımdır. Bu, ən qısa nəqliyyat marşrutudur".

C. Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə də ətraflı məlumat verib.

O, dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə həyat keçirilən tədbirlərdən danışıb.

Sonra çıxış edənlər son üç il ərzində rəhbərlik etdikləri sahədə görülən işlər haqqında məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR