ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
# 10 avqust 2017 00:21 (UTC +04:00)

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “Northrop F-5” qırıcı təyyarə qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Florida ştatında təlim uçuşu zamanı qeydə alınıb.

Məlumata görə, uğurla katapult edən pilot sağ qalıb. Onun müayinə üçün xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR