AÇQ və BTC-nin səhmdarı xarici aktivlərinin satışını davam etdirir

AÇQ və BTC-nin səhmdarı xarici aktivlərinin satışını davam etdirir
# 13 oktyabr 2016 09:07 (UTC +04:00)

Bakı - APA-Economics. Neftin qiymətlərinin stabilləşməsinə baxmayaraq, "Chevron" korporasiyası xarici aktivlərini satmağa davam edir.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, korporasiya Banqladeşdəki aktivlərinin satışı ilə bağlı kommersiya danışıqları apardığını təsdiqləyib.

Şirkətin açıqlamasında deyilir ki, ölkə daxilindəki (ABŞ-da) aktivlərin satışından söz gedə bilməz: "Düzdür, şirkətin ölkədaxili aktivləri ilə bağlı rəqabətli təklif gələrsə, biz bunu dəyərləndirə bilərik".

O da bildirilir ki, şirkət 2017-ci ildə ümumi dəyəri $10 mlrd. olan aktivlərini satmağı planlaşdırır".

Bu arada "Bloomberg" öz mənbələrinə istinadən xəbər verir ki, şirkət Banqladeşdəki aktivlərini $2 mlrd. satmağa hazırdır. Mənbə deyir ki, aktivlərin alışına Hindistan və Çindən olan investorlar maraq göstərir.

Qeyd edək ki, "Chevron" "Azəri-Çıraq-Günəşli" layihəsində 11,3%, Bakı-Tbilisi-Ceyhan layihəsində isə 8,9%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR