Macarıstanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb

Macarıstanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb
# 25 yanvar 2017 06:57 (UTC +04:00)

Bu gün Macarıstanın Azərbaycandakı səfirliyində ötən həftənin sonu İtaliyada baş verən avtobus qəzası nəticəsində 16 macar məktəblinin ölməsi ilə əlaqədar xatirə kitabı açılıb.

Macarıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, xatirə sözlərini yazmaq istəyənlər yanvarın 25-26-da səfirliyə müraciət edə bilər. Kitab bu gün və sabah saat 10.00-dan 12.00-dək və 15.00-dan 17.00-dək açıq olacaq.

Qeyd edək ki, yanvarın 20-də Verona şəhərində baş verən qəza nəticəsində 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb. Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb. Macarıstanlı məktəblilər İtaliyaya səyahətlərini bitirib, ölkələrinə qayıdırmışlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR