Biləcəri və Gəncədə depoların tikintisi üçün 122 mln. avro kredit cəlb edilib

Biləcəri və Gəncədə depoların tikintisi üçün 122 mln. avro kredit cəlb edilib
# 05 mart 2018 12:38 (UTC +04:00)

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkətin daha yüksək və təhlükəsiz səviyyədə təşkil olunması ilə əlaqədar Fransanın “Alstom Transport S.A.” şirkətindən alınacaq 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivə təmir və texniki baxışın keçirilməsini təmin edilməsi məqsədilə Biləcəri və Gəncədə depoların tikintisini maliyyələşdirmək üçün Fransa İnkişaf Agentliyi ilə danışıqlar aparılıb.

APA-Economics”in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Danışıqlar nəticəsində Fransa İnkişaf Agentliyi tərəfindən qeyd edilən məqsəd üçün 112,5 mln. avro məbləğində güzəştli kreditin ayrılması razılaşdırılıb. Nazirlər Kabinetinin 2017-ci il 13 mart tarixli sərəncamı ilə “Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında 112,5 milyon avro məbləğində “50 ədəd dəyişən cərəyanla işləyən lokomotiv üçün iki ədəd lokomotiv deposunun tikintisi üzrə Kredit Sazişi”ni Azərbaycan Respublikası adından imzalamaq barədə səlahiyyət verilib.

Saziş ötən ilin 14 martında imzalanaraq Nazirlər Kabinetinin 2017-ci il 21 iyun tarixli sərəncamı ilə təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR