Tunisdə qətliam törədən şəxsin kimliyi aydınlaşdırılıb

Tunisdə qətliam törədən şəxsin kimliyi aydınlaşdırılıb
# 26 iyun 2015 22:34 (UTC +04:00)

Bakı-APA. Tunisin Sus şəhərində qətliam törədən şəxsin kimliyi aydınlaşdırılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tunisin güc strukturlarındakı mənbə bildirib.

Məlumata əsasən, “Imperial Marhaba” və “Soviva Resort” hotellərinin yaxınlığındakı çimərliyə hücum edərək onlarla insanları qətlə yetirən şəxs 23 yaşlı tələbə Seyfədddin ər-Rəzki olub.

Mənbəyə görə, onun ekstremist təşkilatlarla əlaqəli olduğu artıq müəyyənləşib.

Qeyd edək ki, iyunun 26-da Tunisin Sus şəhərində hotelə hücum olub, nəticədə 37 nəfər ölüb, 36 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR