® “AS Qrup İnvestment” şirkəti daşınmaz əmlak və investisiya sərgisində yeni kampaniyasını ictimaiyyətə açıqlayıb

<font color=red>® </font>  “AS Qrup İnvestment” şirkəti daşınmaz əmlak və investisiya sərgisində yeni kampaniyasını ictimaiyyətə açıqlayıb
# 28 noyabr 2017 11:26 (UTC +04:00)

“AS Qrup Investment” şirkətlər qrupu 28-30 noyabr tarixlərində Baku Expo Mərkəzində keçiriləcək, Azərbaycanın 4-cü beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi REC Expo-da iştirak edir.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin “ElanExpo” və “Atılım Fuarçılıq” şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgi ölkənin ən böyük daşınmaz əmlak və investisiya tədbirlərindən sayılır.

Üç gün ərzində “AS Qrup İnvestment” şirkəti özünün əsas layihələrini: “Renessans Palace” Premium Yaşayış Kompleksi, “Villa Siena” şəhərciyi, Tiflisdə inşa olunan “Dirsi” Yaşayış Kompleksini yerli və xarici ziyarətçilərə nümayiş etdirəcək.

“Renessans Palace”-ın yeni il münasibəti ilə başlatdığı mənzil alanlara səyahət hədiyyəsi kampaniyası da sərgi zamanı ictimaiyyətə təqdim olundu. Dekabr ayı müddətində mənzil alacaq müştərilərinə Milan, Dubay və İstanbul şəhərlərinə 5 ulduzlu səyahət vəd edən aksiya sərgi iştirakçılarının marağına səbəb olub.

2003-cü ildən fəaliyyətə başlayan “AS Qrup İnvestment” regionun aparıcı developerlərindən biridir. Dövlət, özəl sektorda kompleks layihələr həyata keçirən şirkətlər qrupu və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytından əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR