Tramp Qüdsdə ABŞ səfirliyinin “kiçik variantı”nın açılacağını bildirib

Tramp Qüdsdə ABŞ səfirliyinin “kiçik variantı”nın  açılacağını bildirib
# 26 yanvar 2018 03:58 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp 2019-cu ildə Qüdsdə ABŞ səfirliyinin “kiçik variantı”nın açılacağını bildirib.

“Gələn il Qüdsdə ABŞ səfirliyinin “kiçik versiyası”nın açılacağını gözləyirik”, - deyə D.Tramp Davosda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bildirilib.

B.Netanyahu səfirliyin köçürülməsinə görə Trampa təşəkkürünü bildirib: “Bu əbədi xalqımızın qəlbində qalacaq tarixi bir qərardır”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR