Azərbaycanın Çindəki səfiri Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Azərbaycanın Çindəki səfiri Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
# 01 sentyabr 2017 09:01 (UTC +04:00)

Azərbaycan Respublikasının Çin Xalq Respublikasına təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Alimov ilə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, R. Alimov Azərbaycan səfirini yeni təyinatı münasibətilə təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycanın ŞƏT-ə dialoq üzrə tərəfdaş statusu çərçivəsində əməkdaşlığın vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Dialoq tərəfdaşı statusunun Azərbaycan və təşkilat üçün faydalı olduğunu deyən səfir Əkrəm Zeynallı Azərbaycanın daha da yüksək səviyyədə əməkdaşlıqda əzmli olduğunu və gələcək fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşün sonunda səfir Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə Azərbaycan xalçası hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR