CEV azərbaycanlı hakimə təyinat göndərib

CEV azərbaycanlı hakimə təyinat göndərib
# 24 noyabr 2017 13:24 (UTC +04:00)

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Fuad Ağayevə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz “Çelenc Cup”ın II təsnifat mərhələsində iş başında olacaq.

Belə ki, Ağayev Ployeşti şəhərində kişi voleybolçular arasında baş tutacaq “Trikolorul” (Rumıniya) – “Lozanna” (İsveçrə) matçında hakimlik edəcək. O, noyabrın 29-na təsadüf edəcək görüşdə macarıstanlı Qyul Tillmanna köməklik edəcək.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk matçda isveçrəlilər 3:0 hesabı ilə qələbə qazanıblar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR