AzMİU-da AXC-nin 100 illiyi qeyd olunub

AzMİU-da AXC-nin 100 illiyi qeyd olunub
# 23 may 2018 14:53 (UTC +04:00)

Mayın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan tarixinin şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Universitetdən APA-ya verilən məlumata görə, tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorun müdiri Müjdət Həsənov, Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Türkiyə səfirliyinin təhsil müşaviri Mahmut Ağırman, Bakı Yunus Əmrə İnstitutunun təhsil koordinatoru Ali İhsan Çevik, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Giriş nitqi ilə tədbiri universitetin rektoru, professor Gülçöhrə Məmmədova açıb və iştirakçıları salamlayıb. O, əcnəbi tələbələrin təhsil aldıqları ölkənin keçmişinə, tarixinə, mədəniyyətinə dəyər verərək belə bir möhtəşəm mərasim keçirmələrini alqışlayıb. Rektor çıxışında qeyd edib ki, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramının göstəricisidir.

Sonra tədbir əcnəbi tələbələrin ifasında maraqlı çıxışlarla davam edib. İran vətəndaşı, Memarlıq fakültəsinin magistr tələbəsi Nəsrin Şəfiyi Qarabağ şikəstəsi oxuyub. Türkiyə vətəndaşı, Memarlıq fakültəsinin 3-cü kurs tələbəsi İlker Turalı isə “Xalq Heydər söyləyəcək” mahnısını təqdim edib. Tələbələr sonda alqış sədaları altında əl-ələ tutub “Yallı” gediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR