Vaşinqton Rusiya XİN rəhbəri müavininin ABŞ-dakı səfiri postuna namizədliyini təsdiqləyib

Vaşinqton Rusiya XİN rəhbəri müavininin ABŞ-dakı səfiri postuna namizədliyini təsdiqləyib
# 28 iyul 2017 05:50 (UTC +04:00)

Rusiya XİN rəhbərinin müavini Anatoli Antonov ABŞ hakimiyyəti tərəfindən aqreman alıb. APA-nın xəbərinə görə, bu barədə “İzvestiya”ya XİN-nin mərkəzi aparatındakı mənbə bildirib.

Məlumata görə, razılıq bir həftə əvvəl verilib. Hazırda A.Antonova ABŞ diplomatik vizasının verilməsi məsələsi həll edilməkdədir.

Anatoli Antonov XİN-dəki təyinatından əvvəl müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR