Balakən və Biləsuvarda yanğın olub

Balakən və Biləsuvarda yanğın olub
# 20 dekabr 2016 06:09 (UTC +04:00)

Bu gün Balakən rayonunun Qazma kəndində vətəndaşa məxsus ümumi sahəsi 68 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:30-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Biləsuvar rayonu, Bağbanlar kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan köməkçi tikilinin tavanı 12 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR