XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ilə bağlı səylər davam etdiriləcək

XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ilə bağlı səylər davam etdiriləcək
# 23 iyul 2018 13:11 (UTC +04:00)

“Dilqəm Əsgərov və Şahbazın Quliyevin vəziyyəti ilə bağlı nazir Elmar Məmmədyarov tərəfindən BMT-nin baş katibinə, Beynəlxalq Qızıl Xaç Komitəsinə, BMT-nin insan haqları üzrə, eləcə də qaçqınlar üzrə ali komissarlarına məktublar ünvanlanıb”.


APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Azərbaycanın ATƏT və Avropa Şurası yanında nümayəndəlikləri tərəfindən də bu məsələ həmin təşkilatların gündəliyinə çıxarılıb və Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb: “Bu məsələ ilə bağlı siyasi, hüquqi və diplomatik müstəvidə səylərimizi davam etdirəcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR