Ağsuda mikroavtobus aşıb, yaralılar var

Ağsuda mikroavtobus aşıb, yaralılar var
# 08 yanvar 2020 17:24 (UTC +04:00)

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir yolunda, Muradlı kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Novruz Feyzullayev idarə etdiyi UU-952-UG Gürcüstan nömrə nişanlı, "Ford Tranzit" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və sərnişini, 1982-ci il təvəllüdlü Mahir Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Novruz Feyzullayev mikroavtobusla çörək daşıyırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR