Əfqanıstan lideri Azərbaycan prezidentinə məktub göndərib

Əfqanıstan lideri Azərbaycan prezidentinə məktub göndərib
# 30 may 2018 16:31 (UTC +04:00)

Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra böyük və əhəmiyyətli inkişafa nail olmuşdur. Xalqlarımızın yaxın dost kimi bir-birinin yanında olmalarından xoşbəxtəm. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsini arzulayıram. İnanıram ki, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə daha da inkişaf edəcək. Zati-aliləri, Sizə cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR