Rusiyanın Saxa Respublikasının başçısı istefa verib

Rusiyanın Saxa Respublikasının başçısı istefa verib
# 28 may 2018 12:11 (UTC +04:00)

Rusiyanın Saxa Respublikasının (Yakutiya) başçısı Yeqor Borisov istefa verib.


APA-nın “RİA Novosti” Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yakutiya başçısı Yeqor Borisov şəxsi İnstagram səhifəsində elan edib.

“Mən bu gün öz istəyimlə Yakutiya başçısı vəzifəsindən getmək qərarına gəldim. Həmişə başa düşürdüm ki, kadr heyətinin rotasiyası bütün səviyyələrdə olmalıdır. Özüm kadr işlərində bunu etmişdim. Bu gün Yakutiyada həmin gün yetişdi. Rusiya prezidenti yeni 6 illik müddətə seçildi və ölkənin inkişafı üçün yeni strateji məsələlər qoydu. Ona görə də Yakutiyaya yeni rəhbər lazımdır”, -deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR