Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin qurultayı üçün yer ayırıb

 Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin qurultayı üçün yer ayırıb
# 10 sentyabr 2015 09:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya yer ayrılması üçün etdiyi müraciətə cavab verib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, BŞİH müraciətə müsbət cavab verərək, partiyaya qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini ayırıb.

Onun sözlərinə görə, qurultayda 800-ə yaxın qurultay nümayəndəsi iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR