Dövlət qulluğunda A növü vəzifələr üzrə imtahana qeydiyyat başa çatır

Dövlət qulluğunda A növü vəzifələr üzrə imtahana qeydiyyat başa çatır
# 17 noyabr 2017 06:56 (UTC +04:00)

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başa çatır.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, noyabrın 18-də DİM tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək imtahana qeydiyyat bu gün saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Test imtahanına qeydiyyat və digər zəruri məsələlər haqqında aşağıdakı linkdə daha ətraflı məlumat əldə edə bilərsiniz:

http://dim.gov.az/news/events/3493/

Xatırladaq ki, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı isə 17 dekabrda keçiriləcək və həmin imtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabr 2017-ci il tarixinədək davam edəcək. Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://dim.gov.az/news/events/3494/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR