Azərbaycan bu il 10 mlrd. dollarlıq xam neft ixrac edib

Azərbaycan bu il 10 mlrd. dollarlıq xam neft ixrac edib
# 13 dekabr 2017 08:03 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 9 mlrd. 637 mln 331,13 min dollar dəyərində 24 mln. 723 min 729,01 ton xam neft ixrac edib.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin analoji dövrü ilə müqayisədə 5 mln. 624 min 771,11 ton və ya 29,45%, məbləğ baxımından isə 3 mlrd. 741 mln. 457,38 min dollar və ya 63,46% çoxdur.

Xatırladaq ki, 2016-cı ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 5 mlrd. 895 mln. 873,75 min dollar dəyərində 19 mln. 98 min 957,90 ton xam neft ixrac edilib.

2017-ci ilin yanvar-noyabr ayları ərzində xam neftin Azərbaycanın ümumi ixracında payı 77,09% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR