İslam ölkələrinin gəncləri arasında keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

İslam ölkələrinin gəncləri arasında keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 16 sentyabr 2017 11:56 (UTC +04:00)

Bu gün Bakıda İslam ölkələrinin gəncləri arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” esse yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu müsabiqə 2011-ci ildən etibarən keçirilir və bu günədək 50-dən artıq dövlətdən 500-ə yaxın qalib müəyyənləşib.

Onun sözlərinə görə, müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqatçılarının Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır.

İ. Babayev qeyd edib ki, prezidentin sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinə əsasən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq bu il müsabiqə yalnız islam ölkələri arasında keçirilib: “Müsabiqədə iştirak etmək istəyən gənclər müxtəlif tematik mövzular üzrə öz esse yazılarını təqdim ediblər. Müsabiqənin yekunu olaraq Albaniya, Bosniya və Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan qaliblərin 14-26 sentyabr Azərbaycana səfəri təşkil olunub. Səfər çərçivəsində müsabiqə qaliblərinə Azərbaycanı daha da yaxından tanımalarına və öyrənmələrinə şərait yaradılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR