Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti görüşü İstanbulda keçiriləcək

Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti görüşü İstanbulda keçiriləcək
# 08 fevral 2018 09:02 (UTC +04:00)

Türkiyə və Rusiya dövlət başçıları arasında telefon danışığı olub.


APA-nın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, prezidentlər Afrin və İdlibdəki vəziyyət daxil olmaqla, Suriyadakı son məsələləri müzakirə ediblər.

Ərdoğanın “Zeytun Budağı” əməliyyatı ilə bağlı məlumat verib. Söhbət əsnasında Türkiyə, Rusiya və İran prezidentlərinin İstanbulda görüşünün keçirilməsi qərara alınıb.


Tərəflər həmçinin Astana prosesi ilə əlaqədar fikir mübadiləsi aparıblar, İdlibdə gərginliyin azaldılması və yeni müşahidə nöqtələrinin yaradılması prosesinin sürətləndirilməsini razılaşdırıblar. Putinlə Ərdoğan Suriya məsələsində koordinasiyalı əməkdaşlığın davam etdirilməsində qətiyyətli olduqlarını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR