Goranboyda taxta sexi yanıb

Goranboyda taxta sexi yanıb
# 27 avqust 2017 00:11 (UTC +04:00)

Goranboyda yanğın hadisəsi qeydə alınıb. APA-nın DHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şəfibəyli kəndində ümumi sahəsi 200 m2 olan taxta sexində baş verib. Nəticədə sexdə dəzgahın mühərrik hissəsi və ətrafına dağılmış taxta yonqarları 5 m2 sahədə yanıb. Yaxınlıqda yığılmış taxtalar yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR