BP-nin rəhbəri "Türk axını"nı müsbət dəyərləndirib

BP-nin rəhbəri "Türk axını"nı müsbət dəyərləndirib
# 11 oktyabr 2016 12:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. BP-nin baş icraçı direktoru Robert Dadli "Türk axını" layihəsini müsbət dəyərləndirib.

"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, İstanbulda keçirilən Ümumdünya Enerji Konqresində çıxışı zamanı R. Dadli deyib: "Hesab edirəm ki, Avropaya qaz tədarük edən yeni sürətli marşrutun yaradılması yaxşı fikirdir".

"Düşünmürəm ki, "Cənub Qaz Dəhlizi" və "Türk axını" layihələri arasında birbaşa əlaqə var. Lakin mən yeni enerji axınlarının yaranmasını dəstəkləyirəm", - deyə R. Dadli çıxışından sonra jurnalistlərə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR