Binali Yıldrım: "Çevrilişlər olmasaydı, Türkiyə iqtisadi baxımdan yeddinci böyük ölkə olacaqdı"

Binali Yıldrım: "Çevrilişlər olmasaydı, Türkiyə iqtisadi baxımdan yeddinci böyük ölkə olacaqdı"
# 01 mart 2019 04:30 (UTC +04:00)

Türkiyənin keçmiş baş naziri və keçmiş parlament sədri Binali Yıldırım bildirib ki, əgər ölkədə çevrilişlər olmasaydı, bu gün Türkiyə dünyanın iqtisadi baxımdan yeddinci böyük ölkəsi olacaqdı.

ONA-nın Türkiyə bürosunun xəbərinə görə, hazırda İstanbul bələdiyyəsi uğrunda seçkilərə qatılan Binali Yıldırım deyib ki, çevrilişlərin Türkiyəyə maliyyəti 10 böyük iqtisadiyyatın itkisi qədərdir.

O bildirib ki, ölkənin 1970-1990-cı illərdə, eləcə də AKP hakimiyyəti dövründə milli iradəyə, millətin suverenliyinə yönəlmiş müdaxilə və müdaxilə cəhdləri nəticəsində ölkə iqtisadiyyatı dünya iqtisadi güclüləri arasında birdən 10 sıra geri düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR