"Muğanbank" ilin yarısını 13 mln. manat zərərlə başa vurub

"Muğanbank" ilin yarısını 13 mln. manat zərərlə başa vurub
# 18 iyul 2017 09:05 (UTC +04:00)

"Muğanbank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin II rübündə 407,473 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,44% azdır.

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə kredit portfeli 4,81% azalaraq 327,987 mln. manat olub.

"Muğanbank"ın depozit portfeli hesabat dövrü ərzində 25,95% azalaraq 167,475 mln. manata çatıb. Bankın öhdəlikləri 24,4% azalaraq 343,949 mln. manat təşkil edib.

Bir il ərzində bankın nizamnamə kapitalı 36,36% artaraq 75 mln. manat olub. Bununla yanaşı, bankın məcmu kapitalı 11,68% artaraq 66 mln. 386,5 min manata çatıb.

Bank ilin ilk yarısını 13,003 mln. manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR