Aİ Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə dair qərarından narahatdır

Aİ Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə dair qərarından narahatdır
# 03 yanvar 2020 14:13 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə dair qəbul etdiyi qərarla bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, Avropa İttifaqı məlum qərardan ciddi narahatlığını ifadə edib.

“Aİ Liviya böhranının hərbi həlli olmadığına dair qətiyyətini bir daha təkrar edir. Münaqişədə mübarizə aparanları dəstəkləyən hərəkətlər ölkədə və regionda vəziyyətin stabilliyini pozacaq. Bütün beynəlxalq tərəfdaşların BMT-nin silah embarqosuna hörmət etməsi, sabit, dinc və təhlükəsiz Liviya üçün yeganə yol olan BMT-nin Xüsusi Nümayəndəsi Qassan Salamenin səylərini və Berlin prosesini dəstəkləməsi zərurətdir. Aİ de-eskalasiya addımlarının atılmasında və effektiv atəşkəsə, siyasi danışıqların bərpa olunmasına aparan addımları dəstəkləməkdə fəal iştirak edəcək”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 2-də Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin müzakirəsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclası keçirilib. TBMM-də müzakirə zamanı Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd qəbul edilib. Sənədin müzakirəsindən sonra səsvermə keçirilib. Səsvermə nəticəsində 184 səsə qarşı, 325 səslə sənəd qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR