OPEC-in Vyana görüşü başa çatıb - YENİLƏNİB

OPEC-in Vyana görüşü başa çatıb - <span style="color: red;">YENİLƏNİB
# 28 oktyabr 2016 21:30 (UTC +04:00)

OPEC-ə üzv ölkələrin Vyanada keçirilən texniki görüşü başa çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar sabah davam etdiriləcək.

Bu barədə jurnalistlərə iclası tərk edən görüş iştirakçıları deyib.

Qeyd edək ki, oktyabrın 29-da həmçinin kartelə üzv olmayan, lakin hasilatın məhdudlaşdırılması ilə bağlı danışıqlara qatılan ölkələrin iştirakı ilə məsləhətləşmələr aparılacaq.

***

22:54

OPEC-in Vyanada keçirilən və artıq 11 saatdır ki, davam edən görüşü dalana dirənib.

APA-nın xəbərinə görə, bu barədə “Dow Jones” öz mənbələrinə istinadən xəbər verib.

Danışıqların uzanmasına səbəb İran və İraq nümayəndələrinin etirazları göstərilir. İlkin məlumata görə, onlar hesab edirlər ki, OPEC adıçəkilən ölkələrin hasilatını düzgün qiymətləndirmir.

Vyanada yerli vaxtla saat 10:00-a başlayan OPEC-in xüsusi komitəsinin görüşü davam edir. İclas mətbuata qapalı keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR