Zakir Nuriyev: “Bank sektorunda müsbət inkişaf meylləri başlayıb”

 Zakir Nuriyev: “Bank sektorunda müsbət inkişaf meylləri başlayıb”
# 23 noyabr 2017 10:16 (UTC +04:00)

“Bank sektorunda zəif də olsa müsbət inkişaf meylləri özünü göstərməyə başlayıb”.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bank sektorunda kapitalın bərpa edilməsi, kadr potensialı istiqamətində gedən proseslər 2018-2020-ci illər ərzində bank sektorunu inkişaf etdirməyə imkan verəcək: “Bunların həyata keçirilməsi üçün qanunverici bazanın davamlılığı, onun təkmilləşdirilməsi olduqca zəruridir. Bunlar arasında “Daşınar əmlakın yüklülüyü haqqında” qəbul olunmuş qanunun tətbiqinin sürətləndirilməsi, digərləri isə Kredit Zəmanət Fondunun yaradılması və Fondun yaradılması ilə əlaqədar qaydaların elan olunması, onun tətbiqinə başlanmasıdır. Çünki hər iki qanun birmənalı şəkildə bankların sahibkarlara verdiyi kreditlərin həcminin artmasını, faiz dərəcəsinin aşağı salınmasını şərtləndirən amillərdir. Bu iki qanunun tam həcmdə tətbiqi növbəti illərdə kreditləşməni daha sürətli həyata keçirməyə, o cümlədən sahibkarlarla banklar arasında problemləri həll etməyə imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR