Deputat Novruz Aslanov İsmayıllıda hesabat yığıncağında iştirak edib

Deputat Novruz Aslanov İsmayıllıda hesabat yığıncağında iştirak edib
# 08 fevral 2018 08:32 (UTC +04:00)

İsmayıllı rayonunun 2017-ci ildəki sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

APA-nın məlumatına görə, millət vəkili Novruz Aslanov yığıncaqda iştirak edib.

O, çıxışında 2017-ci ildə əldə olunan nailiyyətlərdən, həmçinin dünyada baş verən iqtisadi və humanitar böhrandan, onun Azərbaycana təsirindən söhbət açıb. Deputat qeyd edib ki, buna baxmayaraq, dövlət tərəfindən bütün lazımi addımlar atılıb. Sosial islahatların davamlı xarakter daşıdığını deyən millət vəkili prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları, qəbul olunmuş və ya düzəlişlər edilmiş qanunlar barədə məlumat verib.

Yığıncaqda maliyyə, təhsil, sosial müdafiə, kənd təsərrüfatı, sahibkarlıq və başqa fəaliyyət sahələri rəhbərlərinin çıxışları dinlənilib.

Yığıncaqdan əvvəl N. Aslanov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla birgə sakinləri qəbul edib, onların problemləri ilə maraqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR