Nyu-Yorkda terror aktı planlaşdıran Filippin vətəndaşı ABŞ-a ekstradisiya edilir

Nyu-Yorkda terror aktı planlaşdıran Filippin vətəndaşı ABŞ-a ekstradisiya edilir
# 08 oktyabr 2017 10:08 (UTC +04:00)

Filippin 2016-cı ildə Nyu-Yorkda terror aktı planlaşdırmaqda şübhəli sayılan 37 yaşlı vətəndaşı Rassel Saliki ABŞ-a ekstradisiya edir.

APA-nın məlumatına görə, bu barədə “Philippine Daily Inquirer” nəşri Filippin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi ABŞ, Kanada və Filippinin 3 vətəndaşını 2016-cı ilin yayında Nyu-Yorkda terror aktı həyata keçirməyə cəhd göstərməkdə günahlandırır. Onların Nyu-Yorkda metroda və Ramazan bayramına həsr olunmuş mərasimdə terror aktı törətməyə cəhd etdikləri bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR