Venesuela prezidenti ordunu suverenliyin qorunmasına hazır olmağa çağırıb

Venesuela prezidenti ordunu suverenliyin qorunmasına hazır olmağa çağırıb
# 27 sentyabr 2017 05:35 (UTC +04:00)

Venesuela prezidenti Nikolas Maduro ABŞ-la münasibətlərdə gərginliyin artması fonunda Silahlı Qüvvələri suverenliyin qorunmasına hazır olmağa çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Venesuelanın AVN informasiya agentliyi məlumat yayıb.

“Müdafiə zəncirinin hər bir halqasına zəmanət vermək üçün, ölkənin bütün bölgələrində, ştatlarında və yaşayış məntəqələrində müdafiənin gücləndirilməsinin vaxtı çatıb. Hər bir şəxs Venesuelanın dinc, suveren dövlət kimi XXI əsrə irəliləməsini təmin etməyə hazır olmalıdır”, - deyə Maduro qeyd edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Venesualaya qarşı yeni sanksiyalar tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR