Azərbaycanda şirkətləri üçün cəlbedici bazarların adları açıqlanıb

Azərbaycanda şirkətləri üçün cəlbedici bazarların adları açıqlanıb
# 15 mart 2018 07:47 (UTC +04:00)

Azərbaycanda şirkətləri üçün cəlbedici coğrafi bazarların adları açıqlanıb.

"APA-Economics" xəbər verir ki, "PricewaterhouseCoopers Global"ın (PwC) Azərbaycan üzrə 2-ci "İllik CEO Araşdırması" təqdimatında "PwC" audit şirkətinin Azərbaycan üzrə aparıcı mütəxəssisi Vədad Rzalı deyib ki, yerli şirkətlər üçün Rusiya, Türkiyə və İran ən cəlbedici bazarlardan sayılır.

"Yerli şirkət rəhbərlərinin 76%-i Rusiyanı ən əhəmiyyətli ölkələrindən sayır. Siyahıda ikinci yerdə Türkiyə, üçüncü yerdə Çin qərarlaşıb", - deyə V.Rzalı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR