Dünya birjalarında qızıl 3 dollara yaxın ucuzlaşıb

Dünya birjalarında qızıl 3 dollara yaxın ucuzlaşıb
# 30 iyun 2015 06:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,95% - 17 596,35 bəndədək, NASDAQ 2,40% - 4 958,47 bəndədək, S&P 500 2,09% - 2 057,64 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,97% - 6 620,48 bəndədək, Fransa CAC-40-ı 3,74% - 4 869,82 bəndədək, Almaniya DAX-ı 3,56% - 11 083,20 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 2,40 dollar azalaraq 1 176,60 dollara, gümüş isə 0,06 dollar ucuzlaşaraq 15,64 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR