Xəzərin hüquqi statusu ilə bağlı nazirlər səviyyəsində növbəti görüş dekabrın 4-5-də keçiriləcək

Xəzərin hüquqi statusu ilə bağlı nazirlər səviyyəsində növbəti görüş dekabrın 4-5-də keçiriləcək
# 30 noyabr 2017 10:12 (UTC +04:00)

Xəzər dənizinin hüquqi statusu ilə bağlı xarici işlər nazirləri səviyyəsində növbəti görüş dekabrın 4-5-də olacaq.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.

Qeyd edək ki, bir müddət əvvəl nazirlər səviyyəsində görüşün Moskvada keçirilməsinin nəzərdə tutulduğu açıqlanmışdı.

Xəzərin hüquqi statusuna dair Konvensiyanın gələn il imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR