Həyat yoldaşını qətlə yetirən şəxs 17 illik həbsə məhkum edilib

Həyat yoldaşını qətlə yetirən şəxs 17 illik həbsə məhkum edilib
# 09 avqust 2017 09:41 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının qətlində təqsirləndirilən İsrail Cəlilovun məhkəməsi başa çatıb.

APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən İ. Cəlilov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ. Cəlilov qısqanclıq zəminində həyat yoldaşı Aysel Cəlilovanı qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR