SOCAR 52 yeni quyunun tikintisini başa çatdırıb

SOCAR 52 yeni quyunun tikintisini başa çatdırıb
# 07 sentyabr 2017 12:28 (UTC +04:00)

Bu ilin avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10 184 metr qazma işi həyata keçirilib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 2 383 metr və ya 18,96% azdır. Bu sahədə görülmüş işlərin 10 130 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93 646 metr qazma işi görülüb ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 19 398 metr və ya 26,13% çoxdur. Bunun da 87 208 metri istismara, 6 438 metri isə kəşfiyyata aid olub.

Bu ilin avqust ayında qazmadan alınmış 6, il ərzində isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə qazmadan alınmış quyuların sayında 2, tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmiş quyuların sayında isə 13 ədəd çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR