Bakının Nərimanov rayonu ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
APA FHN-in saytına istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.
Yanğın nəticəsində fərdi yaşayış evinə bitişik, ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Ev yanğından mühafizə olunub.