Səfir: “Belarus aprel döyüşlərinin dayandırılmasına cəhd göstərən əsas ölkələrdən idi”

Səfir: “Belarus aprel döyüşlərinin dayandırılmasına cəhd göstərən əsas ölkələrdən idi”
# 28 dekabr 2016 12:44 (UTC +04:00)

“Belarus aprel müharibəsi zamanı döyüşlərin dayandırılması üçün fəal şəkildə cəhd göstərən əsas ölkələrdən idi”.


APA-nın məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.

Səfir ölkə prezidenti Aleksandr Lukaşenkonun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son zirvə görüşünə getməməsinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli olmadığını söyləyib. O qeyd edib ki, bu, obyektiv səbəblərlə bağlıdır.

İki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın çox fəal inkişaf etdiyini deyən G. Axramoviç bunun digər ölkələrə qarşı yönəlmədiyini vurğulayıb: “Azərbaycanla Belarus arasında əməkdaşlıq üçüncü dövlətə və ya bloka qarşı yönəlməyib. Bizim əməkdaşlığımız iki ölkənin müdafiəsinin gücləndirilməsinə yönəlib. Belarus “ADEX-2016” sərgisində geniş təmsil olunmuşdu”.

G. Axramoviç Belarus müdafiə naziri və Baş Qərargah rəislərinin bu il Azərbaycana səfərlərinin önəminə diqqət çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR