Bərdədə 77 yaşlı qadın evində yanaraq ölüb

Bərdədə 77 yaşlı qadın evində yanaraq ölüb
# 24 noyabr 2016 06:59 (UTC +04:00)

Bərdədə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR