Almaniyada kürdlərlə toqquşmalarda azı 15 polis xəsarət alıb - YENİLƏNİB

Almaniyada kürdlərlə toqquşmalarda azı 15 polis xəsarət alıb  - <span style="color: red;">YENİLƏNİB
# 05 noyabr 2017 02:50 (UTC +04:00)

Almaniyanın Düsseldorf şəhərində etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında qarşıdurma nəticəsində azı 15 asayiş keşikçisi xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onlardan 3-nün vəziyyəti ağırdır.

***** 01.53

Almaniyanın Düsseldorf şəhərində etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında qarşıdurma olub, saxlanılanlar var.

APA-nın “Spiegel”ə istinadən verdiyi xəbərə görə, məhkəmənin bir gün əvvəl aksiyada PKK lideri Abdulla Ocalanın şəklinin nümayiş etdirilməsinə qadağa qoymasına baxmayaraq, etirazçılar terrorçuların başçısının rəsminin əks olunduğu bayraq və ya bannerlər qaldırıblar.

Kürdlər aksiyanı dağıtmağa cəhd edən polis əməkdaşlarını daşqalaq edib. Asayiş keşikçiləri buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı bir neçə etirazçı saxlanılıb.

Xatırladaq ki, kürdlər sentyabrın 16-da Köln şəhərində icazəli etiraz aksiyası keçiriblər. Almaniyanın Ankaradakı səfiri bununla əlaqədar Türkiyə XİN-ə çağırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR