Misirdə silahlıların hücumu nəticəsində 8 hərbçi həlak olub

Misirdə silahlıların hücumu nəticəsində 8 hərbçi həlak olub
# 25 noyabr 2016 02:58 (UTC +04:00)

Misirin Sinay yarımadasının şimalında silahlıların nəzarət-buraxılış postuna hücumu nəticəsində 8 hərbçi həlak olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Məhəmməd Samir bildirib.

Onun sözlərinə görə, NBM-də minalanmış avtomobil partladılıb. Partlayışdan sonra baş vermiş atışma zamanı 3 silahlı məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR