İrandan Azərbaycana 18 kq narkotik keçirən şəxs tutulub

İrandan Azərbaycana 18 kq narkotik keçirən şəxs tutulub
# 05 yanvar 2018 09:48 (UTC +04:00)

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinə rayon sakini Tural Ataşovun iki nəfərlə birgə İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik keçirilməsi barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında T. Ataşov saxlanılıb və ondan 18 kiloqram tiryək götürülüb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR