Sabiq icra başçısının oğlu barəsində cinayət işi başlanıb

Sabiq icra başçısının oğlu barəsində cinayət işi başlanıb
# 04 fevral 2020 10:39 (UTC +04:00)

Bakıda keçmiş arvadını bıçaqlayan şəxs barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, ötən gün paytaxtın Yasamal rayonunda Ceyhun Bəhmənovun keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızını bıçaqlaması faktı ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, C. Bəhmənov Şuşa şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur.

Xatırladaq ki, hadisə ilə bağlı APA ötən gecə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR