Dövlət Musiqili Teatrında "Qodonun intizarında” tamaşasının premyerası olacaq

Dövlət Musiqili Teatrında "Qodonun intizarında” tamaşasının premyerası olacaq
# 30 may 2018 09:33 (UTC +04:00)

Mayın 31-də Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası-absurd teatrın yaradıcılarından olan fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekketin məşhur "Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Qodonun intizarı” əsəri üçün simfonik musiqini əməkdar incəsənət xadimi, professor Fərəc Qarayev yazıb.

Tamaşanın bədii rəhbəri əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur.

Rolları əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Əmrah Dadaşov, Hüseyn Əlili və on dörd yaşlı aktyor Hüseyn Nağıyev ifa edirlər.

Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR