Braziliyada 10 nəfər mağaranın uçması nəticəsində ölüb

Braziliyada 10 nəfər mağaranın uçması nəticəsində ölüb
# 01 noyabr 2016 22:32 (UTC +04:00)

Braziliyada dini mərasimlər üçün istifadə edilən mağaranın uçması nəticəsində azı 10 nəfər ölüb, 4 nəfər isə ağır xəsarət alıb. Faciə Santa-Mariya-du-Tokantins şəhəri yaxınlığında baş verib.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, faciə baş verdiyi an mağarada 50-dək dindar olub.

Məlumata görə, ölənlərin meyitləri və xəsarət alan şəxslər artıq dağıntılar altından çıxarılıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR