David Zalkaliani XİN başçılarının üçtərəfli görüşdə müzakirə edəcəyi məsələləri açıqlayıb

David Zalkaliani XİN başçılarının üçtərəfli görüşdə müzakirə edəcəyi məsələləri açıqlayıb
# 23 dekabr 2019 12:48 (UTC +04:00)

“Bir-biri ilə çoxşaxəli əlaqəsi olan hər üç ölkə beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli formatda birgə hərəkət edəcək”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xarici İçlər naziri David Zalkaliani Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli formatda keçiriləcək görüşündən öncə mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, ortaq həyata keçirilən layihələrlə hər üç ölkənin beynəlxalq aləmdə mövqeyi daha da güclənir.

“Ölkələrimiz arasında çoxşaxəli əlaqələr və strateji tərəfdaşlıq mövcuddur. Beynəlxalq aləmdə həm ikitərəfli, həm də çoxtərəfli formatda razılaşdırılmış şəkildə hərəkət edəcəyik. Müxakirələrdə, təbii ki, bütün əsas istiqamətlər, iqtisadi-ticari əlaqələr və vacib geostrateji layihələr haqqında müzakirələr aparacağıq. Bilirsiniz ki, Gürcüstan Baş Naziri bu yaxınlarda Türkiyədə bu bölgənin geosiyasi əhəmiyyətini önəmli dərəcədə artıran TANAP-ın ikinci mərhələsinin açılışında iştirak etdi. Hesab edirəm ki, mövcud layihələr və gələcək layihələr bölgədə və beynəlxalq aləmdə hər üç ölkənin önəmini daha artıracaq. Üçtərəfli görüş zamanı bu layihələr haqqında danışacağıq. Həmçinin körpü kimi mühüm funksiyaya sahib olan Bakı-Tbilisi-Qars dəmir yolu barədə də danışacağıq . Ölkələrimiz arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi də vacibdir”, – deyə D. Zalkaliani qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR